Azərbaycan və İran XİN başçıları arasında növbəti telefon danışığı baş tutub


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian arasında telefon danışığı olub.

Yeniavaz.com xəbər verir ki, bunu C.Bayramov tvitter səhifəsində yazıb.

"İrandan olan hörmətli həmkarımla telefon danışığımız oldu. Ona möhkəm cansağlığı və COVID-19-dan tezliklə sağalmağı arzuladım. Biz qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi, regionda sülh və firavanlığa töhfə vermək öhdəliyimizi bir daha bəyan etdik", - nazir bildirib.

DİGƏR XƏBƏRLƏR

Top