ABŞ-da 11 şir və 2 pələng koronavirusa yoluxdu


ABŞ Milli Baytarlıq Xidmətləri Laboratoriyalarının verdiyi açıqlamaya görə, zooparkdakı bir neçə aslan xəstələndikdən sonra müxtəlif heyvanlardan nümunələr götürülüb.

Yeniavaz.com “T24”ə istinadən xəbər verir ki, zooparkda 11 şir və 2 pələng, eləcə də kaftarların COVİD-19 testi pozitiv çıxıb.

Zooparkdan verilən açıqlamada kaftarların güclü və möhkəm olduqları, onların sağalmaları gözlənildiyi deyilib.

Səlahiyyətli şəxslər, 22 yaşlı Nqozi və 23 yaşlı Kibo adlı kaftarların uyuşma, burun axması və öskürək kimi yüngül simptomlar göstərdiyini bildiriblər.
 

DİGƏR XƏBƏRLƏR

Top