Bu ölkə uşaqlar üçün peyvəndi məcburi etdi


Mərkəzi Amerika ölkəsi olan Kosta Rika uşaqlar üçün koronavirus peyvəndini məcburi edən ilk ölkə olub.

Yeniavaz.com “CNN türk”ə istinadla xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Daniel Salas məlumat verib. Nazir bildirib ki, uşaqlar üçün böyüklərə tətbiq edilən peyvənd dozasının üçdə biri qədər vaksin vurulmağı nəzərdə tutulub. O cümlədən, Kosta Rika 2022-ci ilin mart ayına qədər 12 yaşından kiçik bütün uşaqları peyvənd etmək üçün  “Pfizer” ilə müqavilə imzalayıb. Müqaviləyə görə, 3,5 milyon doza vaksinin 1,5 milyon dozası 5-11 yaş arası uşaqlara vurulacaq.

Qeyd edək ki, səhiyyə rəsmiləri 12-19 yaş arası əhalinin 70 %-dən çoxunun ən azı 1-ci doza peyvənd olunduğunu bildirib.
 

DİGƏR XƏBƏRLƏR

Top