Hesablama Palatası: “İşləyən pensiyaçılar işsizlikdən sığorta haqqı ödəsin”


Hesablama Palatası işləyən pensiyaçıların işsizlikdən sığorta haqlarına cəlb edilməsi istiqamətində müvafiq tənzimlənmə aparılmasının vacib olması qənaətindədir.
Yeniavaz.com
 xəbər verir ki, bu barədə qurumun “İşsizlikdən Sığorta Fondunun 2022-ci il büdcəsi” haqqında qanun layihəsinə verdiyi rəydə bildirilir.
Sənəddə deyilir ki, “Məşğulluq haqqında” qanun 5.12.4-cü maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmiş şəxslərin işsiz kimi qeydiyyata alınmasına yol verilmir. Buna görə də yaşa görə əmək pensiyaçıları “Məşğulluq haqqında” və “İşsizlikdən sığorta haqqında” qanunlarında işaxtaran və işsiz şəxslər üçün nəzərdə tutulan güzəşt və imtiyazlardan istifadə etmək hüququna malik deyil. “İşsizlikdən sığorta haqqında” qanunun 2.0.3-cü maddəsinə uyğun olaraq onlar da işəgötürənlə əmək müqaviləsi bağladıqda Fonda sığorta haqqı ödənilməsinə cəlb olunurlar. Statistik hesabatlara əsasən 1 iyul 2021-ci il tarixinə ölkə üzrə 116 527 nəfər yaşa görə pensiyaçı əmək fəaliyyətini davam etdirir. Fonda sığorta haqqı ödəmələrinə baxmayaraq həmin şəxslər əmək fəaliyyətini dayandırdıqda işaxtaran və işsiz vətəndaşlar üçün nəzərdə tutulan güzəşt və imtiyazlardan istifadə etmirlər.

DİGƏR XƏBƏRLƏR

Top