Hacıbala Abutalıbovun səhhətində problem yarandı - Almaniyaya aparıldı


Bakı şəhər İcra Hakimiyyətinin başçısı və Baş nazirin müavini vəzifələrində çalışmış Hacıbala Abutalıbovun səhhətində problem yaranıb.

Yeniavaz.com Qaynarinfo-ya istinadən xəbər verir ki, H.Abutalıbov səhhətində yaranan problemə görə, Almaniyaya aparılıb. 

Məsələ ilə bağlı H.Abutalıbovla əlaqə saxlanılıb və o, Almaniyada müalicə olunmaq üçün ölkəni tərk etdiyini təsdiqləyib:

“Səhhətimlə bağlı Almaniyada müayinələrə gəlmişəm. Şükürlər olsun ki, indi hər şey yaxşıdır. Yaxın günlərdə Bakıya qayıdacağam”. 

DİGƏR XƏBƏRLƏR

Top