İranın vitse-prezidenti Möhsün Rezayi ABŞ-ın sanksiyaları səbəbindən qeyri-qanuni yolla neft satdıqlarını və müqabilində aldıqları pulu gizli şəkildə ölkəyə gətirdiklərini bildirib.
Yeniavaz.com “İRNA”ya istinadən xəbər verir ki, Möhsün Rezayi bunu ABŞ sanksiyalarından yayınma yolları ilə bağlı açıqlamasında deyib.
Rezayi ABŞ rəhbərliyinin hüquqi əsas olmadan İranı iqtisadi blokadada saxladığını bildirib: “Neftimizi qeyri-qanuni yollarla satırıq. Müqabilində aldığımız dollarları ölkəyə gizli şəkildə gətirməliyik ki, məzənnə qalxmasın”.