Müəllimin ölümündə məktəb şagirdləri ittiham edildi - FOTO


ABŞ-ın Ayova ştatında 66 yaşlı müəllimin ölümündə 2 şagird ittiham olunur.

Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə şəhərin “Facebook” səhifəsində məlumat verilib.  Bildirilib ki, müəlim Nohema Qraberin qətlində 16 yaşlı iki orta məktəb şagirdi ittiham olunur. Məhkəmə qeydlərinə görə, hər biri 1-ci dərəcəli qətl və qəsdən cinayət törətməklə ittiham olunur. Hadisə yerində aparılan ilkin araşdırmalara görə, Qraber baş nahiyəsinə xəsarət yetirilməsi nəticəsində ölüb.

Qeyd edək ki, hər iki gəncin ilkin dinlənməsi üçün noyabrın 12-də məhkəmə keçiriləcək.


 

DİGƏR XƏBƏRLƏR

Top