Bu şəhər "2022 - İslam dünyasının mədəniyyət paytaxtı" elan olundu


İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) Mərakeşin paytaxtı Rabatı “2022-ci ildə İslam dünyasının mədəniyyət paytaxtı” elan edib.

Yeniavaz.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərakeşin gənclər, mədəniyyət və kommunikasiya naziri Məhəmməd əl-Mehdi Binsaid deyib.

Mərakeşin gənclər, mədəniyyət və kommunikasiyalar naziri Məhəmməd əl-Mehdi Binsaid ISESCO-nun baş meneceri Səlim bin Məhəmməd əl-Malik ilə Mərakeşin paytaxtı Rabatda bir araya gəlib.

Səlim bin Məhəmməd əl-Malik tərəflər arasında birgə əməkdaşlığın bir çox aspektlərini müzakirə etdiklərini deyib: “Mərakeşin möhtərəm kralının Rabatın 2022-ci ildə İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsinə razılıq verməsi bizi sevindirir və şərəfləndirir”.
 

DİGƏR XƏBƏRLƏR

Top