Gürcüstanda polis əməkdaşı həmkarına 14 dəfə atəş açıb


Gürcüstanın Xobi bələdiyyəsinin Çaladidi kəndində polis əməkdaşı həmkarına odlu silahdan 14 dəfə atəş açıb.

Yeniavaz.com Gürcüstan mediasına istinadən xəbər verir ki, hadisə Çaladidi kəndinin polis bölməsində baş verib.

İlkin məlumata görə, polis əməkdaşları arasında məişət zəminində mübahisə olub. Mübahisə zamanı polis əməkdaşlarından biri xidməti silahından həmkarına 14 dəfə atəş açıb.

Polis əməkdaşı aldığı xəsarətlərdən elə hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, Gürcüstan Daxili İşlər Nazirliyindən insidentlə bağlı rəsmi açıqlama verilməyib.
 

DİGƏR XƏBƏRLƏR

Top