Texas musiqi festivalında 8 nəfər öldü


Texas şəhərində keçirilən musiqi festivalında ölən və yaralananların olduğu bildirilir.

Yeniavaz.com “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə  Texas polisi məlumat yayıb. Verilən məlumata görə,  “Astroworld Festival”-ında 8 nəfər həyatını itirib və bir neçə nəfər yaralanıb. İddialara görə, izdiham cümə günü reper Trevis Skottun çıxışı zamanı baş verib. Hadisənin dəqiq səbəbi isə hələ bilinmir.

Qeyd edək ki,  iki gün davam edən festivala 50 min adam gəlib, lakin festivalın ikinci günü ləğv edilib.
 

DİGƏR XƏBƏRLƏR

Top