Gürcüstan DTX: “Saakaşvili çevriliş planlaşdırır”


Gürcüstanda eks-prezident Mixail Saakaşvilini dəstəkləyən etirazçılar dövlət qurumlarının binalarını bağlamağı planlaşdırır.

Yeniavaz.com xəbər verir ki, Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) sözçüsü Baça Mgeladze çevrilişə Mixail Saakaşvilinin rəhbərlik etdiyini bildirib:

“Bu il noyabrın 6-dan Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsinin yaxınlığındakı bəzi siyasi qruplar daimi aksiyalar planlaşdırıblar və ora rayonlardan partiyaların tərəfdarları da gələcək. Bundan başqa, Tbilisi şəhərində də etiraz aksiyası keçirilməsi planlaşdırılır.

Əməliyyat məlumatlarına görə, aksiyanın təşkilatçıları dövlət qurumlarının qarşısını kəsməyi planlaşdırır. Mixail Saakaşvili hakimiyyəti zorakılıqla devirməyi planlaşdırır”.

Qeyd edək ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili qanunsuz olaraq Gürcüstana qayıtdıqdan sonra oktyabrın 1-də Tbilisidə həbs edilib.
 

DİGƏR XƏBƏRLƏR

Top