Özbəkistan prezidentinin andiçmə mərasimi keçirilib


Özbəkistanın yeni seçilmiş prezidenti Şavkat Mirziyoyev and içərək vəzifəsinin icrasına başlayıb.

Yeniavaz.com “RİA Novosti”yə istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyası Özbəkistan prezidentinin yeni vəsiqəsini təqdim edib. Beləliklə, Özbəkistanın yeni prezidenti Şavkat Mirziyoyev ölkə parlamentinin hər iki palatasının birgə iclasında and içib.

Qeyd edək ki, prezident Mirziyoyev dünən informasiya texnologiyalarının inkişafı nazirini vəzifəsindən azad edib.
 

DİGƏR XƏBƏRLƏR

Top