Zəfər Günü münasibətilə Bakıda yürüş keçiriləcək


Azərbaycanın Qarabağda qazandığı böyük qələbənin birinci ildönümü - 8 Noyabr Zəfər Günü münasibətilə Bakıda yürüş keçiriləcək.

Yeniavaz.com Report-a istinadən xəbər verir ki, aksiya noyabrın 8-də Azneft dairəsindən başlayacaq və Hərbi Qənimətlər Parkında yekunlaşacaq.

Artıq Bakıda Zəfər Günü ilə bağlı hazırlıqlar başlayıb. Paytaxtın küçə və prospektləri, binaların eyvanları bayraqlarla bəzədilir.

DİGƏR XƏBƏRLƏR

Top