85 min manata satıldığı deyilən "Azercell" nömrəsilə bağlı sahibindən AÇIQLAMA


Bu gün mətbuatda “Azercell” mobil operatoruna məxsus (050) 211-66-66 nömrəsinin 85 min manata satışa çıxarılması barədə xəbər yayılıb.
Məsələ ilə bağlı qeyd olunan nömrənin sahibi Yeniavaz.com-a açıqlama verib.
O, yayılan xəbərlərin doğru olmadığını bildirib: “Bu nömrəni düz 12 ildir işlədirəm. Elan saytlarında bu nömrənin 85 min manata satışa çıxarılması xəbəri tamamilə yanlışdır”.
Nömrənin sahibi məsələ ilə bağlı gün ərzində ona yüzlərlə zəngin gəldiyini də bildirdi.


Qeyd edək ki, ötən il elan saytlarının birində bu nömrənin 70 min manta satışa çıxarılması ilə bağlı elan yerləşdirilib.

 

DİGƏR XƏBƏRLƏR

Top