İsrail əsgərləri fələstinli uşağı öldürdü


İordan çayının qərb sahilindəki Nablus şəhərinin Deyr əl-Hatab qəsəbəsində nümayişlər zamanı İsrail əsgərlərinin silah işlətməsi nəticəsində 13 yaşlı fələstinli uşaq həlak olub.

Yeniavaz.com xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyindən yazılı açıqlama verilib.

Açıqlamada adı bildirilməyən uşağın ağır yaralarla Nablusdakı Rafediya Dövlət Xəstəxanasına aparıldığı və edilən bütün müdaxilələrə baxmayaraq xilas edilə bilmədiyi vurğulanıb.

Yerli mənbələrin məlumatına görə, fələstinlilər günorta saatlarında Nablus ətrafında yəhudi məskənlərinin genişləndirilməsinə etiraz olaraq nümayişlər keçiriblər.
 

DİGƏR XƏBƏRLƏR

Top