COVID-19-a yoluxan Çexiya prezidentində daha bir xəstəlik aşkarlandı


COVID
-19 virusuna yoluxan Çexiya prezidenti Miloş Zemanda xroniki xəstəlik aşkarlanıb.

Yeniavaz.com “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə prezidentin həkimi, cərrah Pavel Pafko məlumat verib. O bildirib ki, prezident Zemanda qaraciyər sirrozu aşkar edilib və mədəsinə qidalanma borusu yerləşdirilib.

Qeyd edək ki, Miloş Zeman oktyabrın 10-da COVID-19-a yoluxduğu üçün xəstəxanaya yerləşdirilmişdi.
 

DİGƏR XƏBƏRLƏR

Top