Qlazqoda keçirilən sammitdə 100-dən çox polis karantinə alındı


Qlazqo şəhərində keçirilən COP26 sammitində koronavirusa yoluxma halları ilə  bağlı şübhələr ortaya çıxıb.
Yeniavaz.com
“Sözcü”yə istinadla xəbər verir ki, Britaniya mətbuatı görüşdə olan 100-dən çox polisdə COVID-19 əlamətinin olduğunu və karantinə alındığını açıqlayıb.
Xatırladaq ki, ötən gün Los-Anceles meri Erik Qarsetti Britaniyanın baş naziri Boris Conson ilə səhər yeməyi yedikdən bir gün sonra COVID-19 testinin müsbət çıxdığını açıqlamışdı.
Qeyd edək ki, COP26 görüşündə 30 mindən çox insan iştirak edir.
 

DİGƏR XƏBƏRLƏR

Top