Litva Belarusla sərhədə poladdan divar inşa edir


Litva qeyri-qanuni immiqrasiya axınının qarşısını almaq üçün Belarusla sərhəddə polad divarın tikintisinə başlayıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Litva hökuməti xəbər yayıb. Verilən məlumata görə, Litva divarın 500 kilometrlik hissəsinin tikintisi üçün büdcəsindən 152 milyon avro (Təxminən 300 milyon azn) vəsait ayırıb. Həmçinin bildirilib ki, 3 metr yarımlıq divara yarım metr uzunluğunda tikanlı məftil yerləşdiriləcək.
Qeyd edək ki, Litvaya avqust ayına qədər 4000-dən çox immiqrant daxil olub. Sərhəd qüvvələri isə bu ilin avqustundan bəri 5600 miqrantın ölkəyə girişinin qarşısını alıb. Bu səbəblə Litvada fövqəladə vəziyyət elan edilib.

DİGƏR XƏBƏRLƏR

Top