AMEA-ya birinci vitse-prezident təyin olundu


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni birinci vitse-prezidenti vəzifəsini icra edən şəxs məlum olub.

Yeniavaz.com xəbər verir ki, bununla bağlı akademiyanın Rəyasət Heyətinin növbəti iclasında qərar verilib.

Belə ki, iclasda AMEA-nın akademik-katibi Arif Həşimovun Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birinci vitse-prezidenti vəzifəsinə namizədliyi irəli sürülüb.

Müzakirələrdən sonra akademik Arif Həşimovun AMEA-nın birinci vitse-prezidenti vəzifəsinə namizədliyi yekdilliklə dəstəklənib.

Beləliklə, Akademiyanın növbəti Ümumi yığıncağına qədər akademik Arif Həşimovun həm AMEA-nın birinci vitse-prezidenti və həm də akademik-katib vəzifələrini yerinə yetirməsi qərara alınıb.

Akademik Arif Həşimov çıxış edərək göstərilən etimada görə minnətdarlığını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top