“Microsoft”un qurucusu Bill Qeyts gələcəkdə yeni pandemiyaların ola biləcəyi barədə xəbərdarlıq edib.
Yeniavaz.com “Sözcü”yə istinadla xəbər verir ki, Bill Qeyts hökumətləri gələcək pandemiya və “bio-terror” aktlarına hazır olmağa çağırıb. O bildirib ki, terrorçular çiçək xəstəliyindən bioloji silah kimi istifadə edəcəklər.
“Sizcə, bir bioterrorçu 10 hava limanına çiçək xəstəliyini gətirsə nə baş verər? Dünyanın buna necə reaksiya verəcəyini bilirsinizmi? Ümid edirəm ki, 5 ildən sonra “Biz növbəti pandemiyaya hazırıq” adlı kitab yazacağam. Biz Ümumdünya Səhiyyə Təşkilatının nəzarəti altında olan Pandemiya Qüvvəsi üçün ildə təxminən bir milyard dollar toplamalıyıq”.