Məktəbdə qoyulan xatirə lövhəsi ilə bağlı açıqlama: "Səhv yazıldığını bilirdik" - YENİLƏNİB


 

Göyçay rayonunda yerləşən məktəbdə xatirə lövhəsində rütbəsi səhv yazılan hərbçinin ailəsi məsələyə aydınlıq gətirib. 

Yeniavaz.com xəbər verir ki, şəhid polkovnik-leytenant Vidadi Xəlilovun qayınatası Arzu Burcalıyev oxu.az-a açıqlamasında bildirib ki, xatirə lövhəsi vurulmazdan əvvəl rütbənin yazılışındakı orfoqrafik səhvdən məlumatlı olublar:

“Xatirə lövhəsini hazırlayan rəssam orada polkovnik sözünü “palkovnik” olaraq yazıb. V.Xəlilovun anası oğlunun xatirəsinə vurulacaq lövhənin onun şəhadətinin il dönümünə qədər hazırlanmasını istəyib. Xatirə lövhəsi vurulmazdan öncə rütbənin səhv yazıldığını bilirdik. İcra Hakimiyyətinin nümayəndələri lövhənin bu şəkildə asılmasına icazə vermirsilər. Dedilər ki, gözləyin, düzəldilsin, sonra açılış edilsin. Lakin şəhidin anasının təkidi ilə o şəkildə asıldı, açılış edildi. Lakin çox qısa zamanda həmin səhv düzəldiləcək, artıq bununla bağlı iş gedir”.


***18:34
Göyçay rayonunda yerləşən məktəbdə hərbçinin rütbəsi səhv yazılıb. 

Yeniavaz.com xəbər verir ki, bu barədə görüntülər sosial şəbəklərdə yayılıb. 

Göyçay şəhər 3 saylı tam orta məktəbdə şəhid polkovnik-leytenant Vidadi Xəlilovun adına xatirə lövhəsi qoyulub. Həmin lövhədə orfoqrafik səhvlərə yol verilib və onun rütbəsi “palkovnik leytenant” kimi qeyd edilib.

DİGƏR XƏBƏRLƏR

Top