Bakıda körpünün üstündə qəza baş verib, tıxac var


Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində yerləşən körpünün üzərində qeydə alınıb.

Belə ki, "Toyota" və "Chevrolet" markalı avtomobillər toqquşub. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib, sürücülərdən biri xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qəzadan sonra körpü üzərindəki yol bağlanıb və hər iki istiqamətdə tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top