Gələn il üçün diaspor fəaliyyətinə bu qədər vəsait ayrıldı


2022-ci ilin dövlət büdcəsində Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən keçirilməsi nəzərdə tutulan tədbirlərin, layihələrin və Komitənin tabeliyində olan Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyələşdirilməsi üçün 6.3 milyon manat vəsait nəzərdə tutulub.

Yeniavaz.com xəbər verir ki, bu, “2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, ölkənin tarixi və mədəni irsinin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, digər xalqların diasporları və lobbi quruculuğu ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 6.3 milyon manat məbləğində vəsait xərclənəcək.

DİGƏR XƏBƏRLƏR

Top