YAP-ın Gənclər təşkilatının sədr müavini niyə həbs olunub? - DETALLAR


Xəbər verdiyimiz kimi, ölkə mətbuatında Binəqədi bələdiyyəsinin keçmiş sədri,
Yeni Azərbaycan Partiyası Gənclər təşkilatının sədr müavini Aytac Əliyevanın həbs edilməsi barədə məlumat yayılıb.
Yeniavaz.com
xəbər verir ki, "qaynarinfo" keçmiş bələdiyyə sədrinin həbs olunmasının detalları barədə məlumat verib. Bildirilib ki, o, YAP-da tanınan şəxslərdən biri ilə şərikli biznes qurub. Daha sonra ondan külli miqdarda pul alıb və geri qaytarmayıb.
Qeyd olunur ki, həmin şəxs dəfələrlə Aytac Əliyevadan borcunu tələb etsə də, pulu geri ala bilməyib. Bundan sonra hüquq-mühafizə orqanlarına müraciət edib.
Hadisənin bir neçə ay bundan öncə baş verdiyi bildirilib, Aytac Əliyeva isə sentyabr ayında hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Aytac Əliyevanın hələ vəzifədə olarkən adının korrupsiyada hallandığı bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top