Bu şagirdlərə görə ödənilən müavinət 2 dəfədən çox qaldırılır


Xüsusi təhsilə cəlb olunan şagirdlərin qanuni nümayəndələrinə ödənilən müavinətin məbləği artırılır.

Yeniavaz.com "qafqazinfo"ya istinadla xəbər verir ki, bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.
Sənədə əsasən, xüsusi təhsilə cəlb olunan 12 380 nəfərin valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisələrinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün ayda ödənilən müavinətin məbləği 22 manatdan 50 manata (2.3 dəfə çox) çatdırılacaq.

DİGƏR XƏBƏRLƏR

Top