Samir Abasov azarkeşləri təhqir etdiyi üçün cəzalandırıldı


AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında IX turun “Qarabağ” – “Neftçi” oyununda baş verənlərlə bağlı qərarlarını açıqlayıb.

IX turun “Qarabağ” – “Neftçi” oyununda “Qarabağ” klubunun azarkeşləri pirotexniki məmulatlardan istifadə etdiyi üçün klub 800 manat cərimələnir (maddə 51.2);

“Neftçi” klubunun baş məşqçisi Samir Abasov azarkeşləri təhqir etdiyi üçün 3 oyun şərti olmaqla 5 oyun cəzalanır, klub 4000 manat cərimə olunur. Sınaq müddəti 3 ay təyin edilir (maddə 41.4);

“Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);

DİGƏR XƏBƏRLƏR

Top