AFFA-dan Aftandil Hacıyevə ağır cəza


AFFA İntizam Komitəsi “Səbail” klubunun futbolçusu Nikolas Rayseli 4 oyunluq cəzalandırıb.

Yeniavaz.com "qafqazinfo”ya istinadən xəbər verir ki, buna fransalı hücumçunun səfərdə "Sumqayıt"a 0:2 hesabı ilə uduzduqları Premyer Liqanın IX tur matçında aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılması səbəb olub.

Komandanın baş məşqçisi Aftandil Hacıyev isə həmin görüşdə hakimləri təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə aldığına görə 5 oyunluq diskvalifikasiya edilib. Klub isə hər iki şəxsə görə ümumilikdə 7 200 manat cərimələnib.

Bundan başqa, oyun ərzində hesab tablosunun işləkliyi təmin edilmədiyi üçün meydan sahibi klub 800 manat ziyana düşüb.

DİGƏR XƏBƏRLƏR

Top