Bayden məktubla səsvermə ilə bağlı məhkəməyə müraciət etdi


ABŞ prezidenti Co Bayden Texas ştatında səsverməni məktublarla məhdudlaşdıran mübahisəli qanunu məhkəməyə verib.
Yeniavaz.com
AA-ya istinadla xəbər verir ki, Bayden Texas ştatının səsvermə ilə bağlı qoyduğu məhdudiyyətlərin “insan haqları”nı pozduğunu və həmin qanunun ləğv edilməsini tələb edib. Texas ştatının baş prokuroru Ken Paxton isə tvitterdə səsverməni tənzimləyən qanunu müdafiə edib:  
"Texasda təhlükəsiz və şəffaf seçkilər mənim əsas prioritetimdir. Bu, böyük və zəruri qanundur. Məhkəmədə görüşənədək, Bayden".
Qeyd edək ki, Texasın demokrat millət vəkilləri cavab olaraq ştatı tərk ediblər.

DİGƏR XƏBƏRLƏR

Top