Sabah hava necə olacaq?


Noyabrın 6-a gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-8° isti, gündüz 12-15° isti olacaq. Bakıda gecə 6-8° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 774 mm civə sütunundan 770 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 9-14° isti, gündüz 14-18° isti, dağlarda gecə 2-7° isti, gündüz 8-13° isti olacaq.

DİGƏR XƏBƏRLƏR

Top