Siyasi partiyalara ayrılan vəsait 1 milyon artırıldı


Gələn il Milli Məclisdə deputatların təmsil olunduğu siyasi partiyaların maliyyələşməsinə ayrılan vəsaitin məbləği müəyyənləşib.
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında" qanun layihəsində əksini tapıb.
Sənəddə qeyd edilib ki, VI çağırış Milli Məclisində deputatları təmsil olunan siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün 5 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu da ötən illə müqayisədə 1 milyon manat və ya 25 % çoxdur.

DİGƏR XƏBƏRLƏR

Top