
Bu ilin ilk 9 ayı ərzində "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsinə 398 milyon dollar əməliyyat məsrəfləri və 1 milyard 243 milyon dollar əsaslı məsrəflər xərclənib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “BP-Azərbaycan” şirkətindən məlumat verilib.
Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə AÇG layihəsində əməliyyat məsrəfləri 399 milyon dollar, əsaslı məsrəflər isə 1 milyard 398 milyon dollar olub.
Son 10 ildə AÇG layihəsində əməliyyat və əsaslı məsrəflər belə olub:
| İllər | Əməliyyat məsrəfləri (milyon dollar) | Əsaslı məsrəfləri (milyon dollar) | 
| 2012 | 725 | 2 495 | 
| 2013 | 1 052 | 2 068 | 
| 2014 | 1 000 | 2 300 | 
| 2015 | 760 | 1 900 | 
| 2016 | 503 | 1 450 | 
| 2017 | 456 | 1 180 | 
| 2018 | 505 | 1 150 | 
| 2019 | 567 | 1 476 | 
| 2020 | 531 | 1 817 | 
| 2021 3-cü rüb | 398 | 1 243 | 
Xatıraldaq ki, AÇG layihəsinin əsas iştirakçıları BP (operator - 30,37%), SOCAR (25%), MOL (16 aprel 2020-ci il tarixindən “Şevron” şirkətini əvəz edib) (9,57%), İNPEKS (9,31%), "Eqvinor" (keçmiş "Statoil") (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%) və ONGC Videş Limited (OVL) (2,31%) şirkətləridir.
 
                             
                     Tətbiqimizi yükləyə bilərsiniz
                    Tətbiqimizi yükləyə bilərsiniz
                