1 yaşlı övladını kanala ataraq öldürən qadının məhkəməsi başlayır


Biləsuvarda 1 yaşlı övladını su kanalına ataraq öldürməkdə təqsirləndirilən Gülər İmanzadə nin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Cəlil Nəbiyevin icraatına verilib
Qeyd edək ki, hadisə bu il rayonun İsmətli kəndində qeydə alınıb.
Belə ki, həmin kənddə yaşayan, 1992-ci il təvəllüdlü Gülər İmanzadə 1 yaşlı övladı Polad İmanzadəni su kanalına atıb. Nəticədə uşaq suda boğulub.
G.İmanzadə tutularaq istintaqa təhvil verilib.

DİGƏR XƏBƏRLƏR

Top