Ötən gün həlak olan hərbçimiz nişanlı imiş - FOTOLAR


Xəbər verdiyimiz kimi, ötən gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində keçirilən səhra təlimləri zamanı MAXE Əhmədov Tural Əkrəm oğlu AQS-17 silahından atəş açarkən bədbəxt hadisə nəticəsində qəlpə yarası alaraq həlak olub.

Yeniavaz.com “qafqazinfo”ya istinadla xəbər verir ki, həlak olan çavuş Əhmədov Lerikin Ambu kəndindəndir. Tural Əhmədovun nişanlı olduğu bildirilir.
Qeyd edək ki, hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq tərəfindən birgə araşdırma tədbirləri həyata keçirilir.

DİGƏR XƏBƏRLƏR

Top