Saakaşvilinin yaddaşı pozulub, adamların adlarını xatırlaya bilmir – Vəkil


Bir neçə həftə əvvəl həbsxanada aclıq aksiyasına başlayan Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin səhhəti pisləşməkdə davam edir.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə keçmiş dövlət başçısının vəkili Nika Qvaramiya Mtavari Arxi bildirib. "Mixail Saakaşvili artıq özünü çox pis hiss edir. Bu, artıq fiziki olaraq nəzərə çarpır. Onun ünsiyyət problemləri və ciddi yaddaş boşluqları var. Adamların adlarını xatırlaya bilmir. O, mənim adımı hələ də xatırlayır, lakin söhbət zamanı məlum oldu ki, o, heç bir problem barədə xatırlamır”-deyə o bildirib.
 

DİGƏR XƏBƏRLƏR

Top