Azərbaycan boksçusu dünya çempionatında bürünc medal qazandı


Azərbaycan yığması Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatında növbəti medalını rəsmiləşdirib.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, komandamızın aktivinə ikinci bürünc mükafatı Sərxan Əliyev (71 kq) əlavə edib.

İlk 3 mərhələdə Stefen Nevns (Şotlandiya), Yuta Akiyama və Obed Bartiyə (ABŞ) qalib gələn həmyerlimiz yarımfinalda ukraynalı Yuri Zaxariyevlə üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə yekunlaşdığından Əliyev bürünc medalla kifayətlənib. Ondan öncə Məhəmməd Abdullayev də mundialı 3-cü pillədə başa vurub.

Qeyd edək ki, sabah millimizin boksçusu Alfonso Dominqes (86 kq) final görüşünə çıxacaq. O, braziliyalı Keno Maçadonu sınağa çəkəcək.

DİGƏR XƏBƏRLƏR

Top