Fransada polislər maska taxmağı rədd edən şəxsi güllələdi


Fransanın paytaxtı Parisdə mühafizəçilərin maska ​​taxmaq xəbərdarlığına əməl etməyən şəxs polislər tərəfindən güllələnib.
Yeniavaz.com
xəbər verir ki, maska taxmaqdan imtina edən şəxs qışqıraraq əlindəki bıçaqla polislərə hücum edib.
Dəmiryolu şirkətindən verilən açıqlamada, hücum zamanı stansiyada olan iki polisin təcavüzkarı zərərsizləşdirdiyi bildirilib.
Qeyd edək ki, Fransa səlahiyyətliləri hadisə ilə bağlı araşdırma başladıb. Xəstəxanaya aparılan şəxsin vəziyyətinin ağır olduğu bildirilir.
 

DİGƏR XƏBƏRLƏR

Top