Rusiya prezidenti Vladimir Putin sentyabr ayında nüvə sualtı qayığından ilk dəfə buraxılan "Tsirkon" hipersonik raketlərinin gələn ildən etibarən Rusiya Hərbi Dəniz Qüvvələrinə təhvil veriləcəyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Vladimir Putin Soçidə Müdafiə Nazirliyi və müdafiə sənayesi rəsmiləri ilə görüşü zamanı danışıb:
““Tsirkon” sınaqlar zamanı sualtı və yerüstü gəmilərdən həm quru, həm də dəniz hədəflərini dəqiqliklə vurub. Bu raketlərin Rusiya donanmasına təhvil verilməsi gələn ildən başlayacaq”.
Qeyd edək ki, Putin əvvəlki açıqlamalarında “Tsirkon”u ölkəsinin yeni nəsil rəqibsiz silah sistemlərinin bir hissəsi kimi təsvir edib.