İngiltərə koronavirusa qarşı istehsal edilən dərmanın istifadəsini təsdiq edib.
Yeniavaz.com “CNN türk”ə istinadla xəbər verir ki, İngiltərə “Merck” əzcacılıq şirkətinin COVID-19 əleyhinə hazırladığı “Molnupiravir” həblərinin istifadəsinə icazə verib. Beləliklə, İngiltərə sözügedən dərmanı təsdiqləyən ilk ölkə olub.
Qeyd edək ki, şirkət təcili istifadə icazəsi üçün ABŞ Qida və Dərman İdarəsinə müraciət edib.
Xatırladaq ki, “Merck” Asiya və Afrikadakı 105 ölkənin şirkətləri ilə formulu pulsuz paylaşacağını bildirmişdi.