Nigeriyada çökən binada ölənlərin sayı artıb - Təqsirkar saxlanılıb


Nigeriyanın Laqos şəhərində 21 mərtəbəli binanın çökməsi nəticəsində dünyasını dəyişənlərin sayı artıb. 
Yeniavaz.com
“CNNTürk”ə istinadla xəbər verir ki, bu barədə Nigeriya hökuməti xəbər yayıb. Verilən məlumata görə, hadisə nəticəsində 33-ü kişi, 3-ü qadın olmaqla 36 nəfər ölüb. 
Laqos Tikintilərə Nəzarət Agentliyinin baş meneceri Qbolahan bildirib ki, iş icraçısına sözügedən binanın 15 mərtəbəli tikilməsi üçün icazə verilib. Lakin o, binanı qanunsuz olaraq 21 mərtəbəli inşa etdirib. Nəticədə baş verən hadisədə iş icraçısı təqsirkar bilinərək saxlanılıb. 

DİGƏR XƏBƏRLƏR

Top