Peyvənd olunanların sayı açıqlanıb


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 45 041 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 583, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 746 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 798 866, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 980 380, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 406 811 təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top