Rusiyada yaşlı qadını öldürən şəxsin məhkəməsi Şəkidə başlayır


18.10.2015-ci il tarixdə Rusiya Federasiyası Tatarıstan Respublikası Yutazinski rayon sakini 1937-ci il təvəllüdlü Rasima Zaqirovanın qəsdən öldürülməsi faktı ilə bağlı Tatarıstan Respublikası İstintaq idarəsinin Aznakayevski rayonlararası İstintaq bölməsində başlanmış cinayət işi üzrə istintaq Ucar rayon prokurorluğunda tamamlanıb.
Ucar rayon prokurorluğundan Yeniavaz.com-a verilən məlumata görə, istintaqla müəyyən edilib ki, cinayət əməli Azərbaycan Respublikası vətəndaşı 1965-ci il təvəllüdlü Əlövsət Məmmədov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı törədilib.
Əlövsət Məmmədova Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyatı üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

DİGƏR XƏBƏRLƏR

Top