Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması müzakirə olunur


“Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması müzakirə olunur. İki ölkə arasında təhsil sahəsində müzakirə olunan digər məsələ ikili diplomla bağlıdır”.
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, bunu Azərbaycanın təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, bu ildən Türkiyənin Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında müvafiq qaydada ikili diplom proqramı başlayıb: “Bu, hüquqi-nöqteyi nəzərdən tam tanınan diplomlardır və ilk dəfədir tətbiq olunur. Türkiyədə apardığımız müzakirələr zamanı belə ikili diplom proqramlarının başqa sahələrdə, o cümlədən tibb, İKT sahələrində də olmasını təklif etdik. Ümid edirik ki, gələcəkdə universitetlər arasında əməkdaşlıq proqramlarının sayı artacaq”.
Qeyd edək ki, E.Əmrullayev Türkiyənin İstanbul şəhərində səfərdədir.

DİGƏR XƏBƏRLƏR

Top