Biləcəridə 11 evdən kombi oğurlayan şəxs saxlanıldı - FOTO


Biləcəri qəsəbəsində 11 evdən kombi aparatı oğurlayan şəxs saxlanılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Binəqədi rayonunun Biləcəri qəsəbəsində yaşayan şəxslərdən biri Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə müraciət edərək bildirib ki, evdə olmadığı müddətdə mənzilə daxil olan naməlum şəxs orada quraşdırılan kombi aparatının hissələrini oğurlayıb.
Biləcəri qəsəbəsində yaşayan daha 10 sakindən Polis bölməsinə daxil olan eyni məzmunlu şikayət ərizəsində onların da yaşadıqları evlərdən kombilərin oğurlandığı qeyd edilib.
Hadisələrin bir ərazidə və oxşar üsullarla törədilməsi polis əməkdaşlarında bu oğurluqların eyni şəxs tərəfindən törədildiyinə dair əsaslı şübhələr oyadıb.
Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Biləcəri qəsəbəsində 11 evdən kombi aparatı oğurlayan Ucar rayon sakini Nizar Qədirli qısa zamanda saxlanılaraq istintaqa təqdim olunub və o, ifadəsində törətdiyi hadisələri etiraf edib.
Faktlarla bağlı 6-cı Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinə göndərilib.
Qeyd edək ki, DİN-nin Mətbuat Xidməti bildiriş edib:
Nizar Qədirlinin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Binəqədi Rayon Polis İdarəsinə, ərazi üzrə polis orqanlarına və ya "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər".

DİGƏR XƏBƏRLƏR

Top