
İsrail Müdafiə Nazirliyi Yüksək Sensor (ES) sistemi ilə təchiz edilmiş ilk müasir hava müşahidə şarını təqdim edib.
Yeniavaz.com “Sözcü”yə istinadla xəbər verir ki, İsrailin Raketdən Müdafiə Təşkilatı “High Availability Aerostat System” (HAAS) adlı yeni hava şarını təqdim edib. Verilən məlumata görə, “HAAS” səmada qalaraq hava məkanını hər tərəfdən potensial təhlükələrə qarşı müşahidə edəcək. Beləliklə, sözügedən şar hava hücumundan müdafiə sistemlərinə məlumat ötürərək raketlər və pilotsuz uçuş aparatları kimi qabaqcıl hava təhdidləri barədə erkən xəbərdarlıq edəcək.