İmam Əli məscidi ölkə əhəmiyyətli abidələrin siyahısına daxil edilib


Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı genişləndirilib.
Yeniavaz.com
xəbər verir ki, Baş nazir Əli Əsədov “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” qərara dəyişiklik edib.
Qərara əsasən, Şəki rayonu üzrə “Yuxarı Baş” Milli Tarix Memarlıq Qoruğu siyahısına XIX əsrə aid İmam Əli məscidi də əlavə edilib.
Eyni zamanda, qərara əsasən, yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı da genişləndirilib və bu siyahıya “Yuxarı Baş” Milli Tarix Memarlıq Qoruğu hissəsinə Şəki şəhəri üzrə 57 adda abidə əlavə edilib.

DİGƏR XƏBƏRLƏR

Top