Boliviyada səfir “TikTok”da paylaşdığı videoya görə geri çağırıldı


Boliviyanın Paraqvaydakı səfiri “TikTok”da paylaşdığı videoya görə vəzifəsindən geri çağırılıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, səfirin geri çağırılmasına səbəb Paraqvayda ənənəvi içki olan “Terera” haqqında zarafat etdiyi videonu “TikTok” da paylaşmağı olub. Həmçinin sözügedən videoda yerli sakinlərə xas olan danışıq tərzini də yamsılayıb. Həmin videodan sonra səfir Mario Kronembold Apont vəzifəsindən azad edilib.
Qeyd edək ki, Mario Kronembold Apont yazılan təhqirlərdən sonra videonu silib.

DİGƏR XƏBƏRLƏR

Top