Azərbaycanda qanunsuz ov edən ərəblər cərimələndi


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Sarısu Ovçuluq Təsərrüfatında  qanunsuz ov edən şəxslər saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə xidmət rəisi Hikmət Əlizadə məlumat verib. Onun sözlərinə görə,  təqsirkarların 99-SA-024 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə keçirilən baxış zamanı avtomobildə qanunsuz ov alətləri aşkar edilib.
Araşdırma zamanı qanunsuz ov edənlərin Səudiyyə Ərəbistanı vətəndaşları Aldarwish Omar, Alqadhan Mohammed, Alawjan Saad və Azərbaycan vətəndaşı Adil Zülfüqarov olduğu müəyyən edilib.
Faktla bağlı akt, protokol tərtib edilərək təqsirkarlar ümumilikdə 7000 manat məbləğində cərimə olunub.
Xidmət rəisi xarici ölkə vətəndaşları barəsində qanunamüvafiq tədbir görülməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə məktub hazırlandığını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top