Ermənistan XİN kommunikasiyaların açılmasına münasibət bildirib


“Transqafqazda regional kommunikasiyaların tam açılması Ermənistanın təhlükəsizliyinə, ərazi bütövlüyünə və həyati maraqlarına zərər verə bilməz”.
Yeniavaz.com
“TASS”a istinadən xəbər verir ki, bunu cümə axşamı respublika parlamentində çıxışı zamanı Ermənistan xarici işlər nazirinin müavini Vaqe Qevorqyan bildirib.
“Regional kommunikasiyaların açılmasının önündə duran əngəllərin qarşısının alınması üçün 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməsi vacibdir. Bölgədə blokun açılmasının səmərəli həyata keçirilməsi prosesin bütün iştirakçılarının konstruktiv mövqe nümayiş etdirməsi və əməli addımlar atması halında mümkündür. Kommunikasiyaların açılması Ermənistanın təhlükəsizliyi, ərazi bütövlüyü və həyati maraqlarına zərər verə bilməz”.
Qeyd edək ki, 11 yanvar 2021-ci ildə Moskvada Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin görüşündə Qarabağda nəqliyyat və iqtisadi əlaqələrin qurulmasına diqqət yetirəcək işçi qrupunun yaradılması barədə razılıq əldə olunub.

DİGƏR XƏBƏRLƏR

Top