Deputat Cavanşir Feyziyevin məsələnin parlamentdə gündəmə gəlib-gəlməməsi ilə bağlı müzakirələr gedir.
Məsələ ilə bağlı Milli Məclisin intizam komissiyasının sədr müavini Fəzail Ağamalı Yeniavaz.com-a açıqlama verib.
F.Ağamalı bildirib ki, məsələnin intizam komitəsində gündəmə gəlməsi üçün heç bir əsaslı fakt yoxdur:
"Bununla bağlı Milli Məclisə rəsmi müraciət olmalıdır, rəhbərlik ciddi məsələ kimi qəbul edib məsləhət görərsə, məsələ intizam komissiyasında müzakirəyə çıxarılmalıdır. Bu kimi halların araşdırılması hüquq-mühafizə orqanlarının səlahiyyətindədir. Hörmətli həmkarım Cavanşir Feyziyev haqqında deyilən fikirlərin həqiqət olub-olmadığını biz yox, Azərbaycanın müvafiq qurumları araşdırmalıdır".
Qeyd edək ki, Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA) Milli Məclisin deputatı Cavanşir Feyziyevin həyat yoldaşı, oğlu və qardaşı oğluna məxsus bu ölkədənin bank hesablarındakı 15 milyon funt-sterlinq (20,5 milyon ABŞ dolları) qanunsuz pulun həbs olunması ilə bağlı məhkəməyə müraciət edib.