Arvadını öldürən kişi psixiatriya xəstəxanasına yerləşdirildi


Salyan rayonunda iyunun 27-də arvadı Nuranə İsbəndarovanı öldürən Ənvər İsbəndarov psixiatriya xəstəxanasına yerləşdirilib.
Prokurorluqdan Yeniavaz.com-a verilən məlumata görə, Ənvər İsbəndarov qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Nuranə İsbəndarovanı qəsdən öldürüb.
Ənvər İsbəndarov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, daha sonra əvəzinə anlaqsız vəziyyətdə cinayət törətmiş şəxsin psixiatrik stasionara yerləşdirilməsi təhlükəsizlik tədbiri tətbiq edilib.
Oktyabrın 20-də cinayəti törədən zaman və hazırda anlaqsız vəziyyətdə olan Ənvər İsbəndarov barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat başlanıb. Oktyabrın 30-da cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, Ənvər İsbəndarovun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

DİGƏR XƏBƏRLƏR

Top